Beş illik müqavilənin müddəti bitdiyi üçün Ukrayna 2025-ci il yanvarın 1-də Rusiya qazının tranzitini dayandıracaq.
Banco.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Ali Radada çıxışı zamanı bildirib.
"Bu tranziti müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatır. Səhər saat 7-də bu müqavilənin başa çatması ilə əlaqədar tranzit fiziki olaraq bloklanacaq",- deyə o qeyd edib.