AZ

Azərbaycanda kütləvi dava - 4 nəfər xəstəxanalıq oldu

Ucarda kütləvi dava olub, xəsarət alanlar var.

Hadisə gecə saatlarında rayonun Bağman kəndində baş verib.

Kənddə keçirilən ciyər axşamında bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı 4 nəfər - 1975-ci il təvəllüdlü Əlsahib Ağasəlim oğlu Səlimov, 2003-ci il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov və 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır. /Lent.az

Seçilən
11
18
sitat.info

10Mənbələr