AZ

DÜNYA HÜQUQŞÜNASLARININ BAKI KONFRANSI GENİŞ MÜZAKİRƏLƏRLƏ DAVAM EDİR- FOTO

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Prezidenti olduğu Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə bu gün 21 dekabr 2024-cü il tarixdə Bakıda “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans öz işinə davam edir...

Konfransda  iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili bildirdi ki, Beynəlxalq konfransın günün ikinci yarısında davam edən iclasında geniş müzakirələr aparılmaqdadır... Rusiyanın Saratov vilayəti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin  Araşdırılması Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Lopaşenko Natalya Aleksandrovnanın “Cinayət siyasəti: dərk  olunmamış və dərkolunmaz  hadisələr  haqqında düşüncələr” mövzusunda məruzəsinin ardınca Azərbaycandan professor Xanlar Ələkbərov məruzə ilə çıxış etdi: "...Hazırda müzakirələr davam edir. Rusiya EA- nın akademiki A.Savinkov, Bolqarıstandan professor Zaxari Zaxariyev, Qazaxıstandan professor Əsbərqən Alayxanov, Azərbaycandan professor Şəhla Səmədiva, Rusiyanın Əməkdar Elm xadimi Sergey Baburin, Albaniyadan professor Luli Radion, Rusiya İstintaq Komitəsinin departament rəisi Tatyana Minyazeva, Serbiyadan tanınmış hüquqşünas Aleksandr Çiriç,  Rusiyadan professor Aleksandr Korebeyev, Dağıstandan professor Zaur Asgenderov, Türkiyədən Anadolu Birliyi partiyasının baş katibi Bedri Yalçın, Yunanıstandan hüquq elmləri doktoru Yannis Paxiotic, Rusiyadan Aleksey Aleksandrov və başqaları çıxış ediblər.

 Çıxışlar davam edir...

Y.Məmmədli

phrase_var_article.chosen
41
tezadlar.az

1phrase_var_article.sources