AZ

«Dollar, səhm ticarəti edib pul qazanacağıq» - deyib - 3 SAHİBKARI 2,5 MİLYON DOLLAR ALDIDIB

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, 33 yaşlı Nizami Alışan Akif oğlu asan pul qazanmaq istəyən şəxlərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə - Zeynal Usubov Mütəllim oğlu, Babək Məmmədzadə Məhəmməd oğlu və İsrafilov Yadigar Şibi oğludur.

İttihama görə, Nizami Alışan zərərçəkənlərdən Babək Məmmədzadənin 1 milyon 300 min dollarını, Zeynal Usubovun 945 min dollarını, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda göstərilən vasitə ilə ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

Fotoda: Alışan Nizami Akif oğlu

İbtidai istintaq dövründə zərərçəkmişlər hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.

Yaxın vaxtlarda bu iş üzrə məhkəmə başlayacaq.

Qeyd edək ki, baş verənlər nəticəsində 845 min dollar itirən Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

phrase_var_article.chosen
6
28
fed.az

10phrase_var_article.sources