AZ

Fidandan Suriya paylaşımı: Prioritetimiz budur - Foto

Uzun illərdən sonra bu səfər Suriya xalqı üçün yeni, ümidverici bir dövrün ilk addımı olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfəri barədə X hesabında paylaşıb.

“Cənab Prezidentimizin rəhbərliyi ilə Türkiyə milləti və dövləti suriyalı qardaşlarını çətin günündə tək qoymadı. Bu gün biz Suriya xalqının yanındayıq. Biz onlara lazım olan istənilən sahədə dəstək verməyə hazırıq.

Suriya üçün prioritetimiz; ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, terrorun aradan qaldırılması, milli barışığa nail olunması, iqtisadi inkişafın təmin edilməsi və illərlə ölkəsindən uzaqda olan suriyalıların vətənlərinə qayıtmasına şərait yaradılması.

Türkiyə regional sülhə töhfə verən təhlükəsiz, azad, firavan Suriyanın qurulmasına hər cür töhfə verəcək”, - paylaşımda qeyd edilib.

Seçilən
25
32
axar.az

10Mənbələr