ABŞ-nin seçilmiş prezidenti Donald Tramp inanmır ki, sahibkar İlon Mask onu dövlət başçısı kimi əvəz edə və ya səlahiyyətlərinin bir qismini faktiki olaraq mənimsəyə bilər...
Poliqon xəbər verir ki, Ağ Evin seçilmiş rəhbəri Arizonada keçirilən AmericaFest konfransında bildirib.
Qeyd edək ki, bundan əvvəl Amerika mediası biznesmen İlon Maskın fəal dəstəyi ilə Trampın seçkilərdə qələbəsindən sonra ölkədə siyasi qərarların qəbuluna təsir göstərməyə başladığını yazmışdı.
“Donald Trampın prezidentlik cilovunu İlon Maska verməsi ilə bağlı yeni iddia ortaya atıblar. Xeyr, bu olmayacaq. Mask tərəfindən məni heç bir təhlükə gözləmir. Bilirsinizmi niyə? Çünki o, bu ölkədə doğulmayıb”, deyə Tramp Maskın ABŞ-də doğulmadığını xatırladıb.
Qeyd edək ki, İlon Mask 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. ABŞ Konstitusiyası isə ölkədən kənarda doğulmuş şəxslərin prezidentliyə namizəd kimi iştirakını qadağan edir.
NBC televiziyası daha əvvəl qeyd etmişdi ki, Donald Trampın ətrafındakılar Maskın təsirindən və onun daim siyasətçinin yanında olmasından yorulublar. Mənbə bildirib ki, Space X rəhbəri Trampın ikinci müddəti üçün öz vizyonunu irəli sürərkən həmprezident kimi davranır.
Poliqon.info