AZ

İndoneziyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İndoneziyaya 178,4 milyon ABŞ dolları dəyərində 310,8 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində təqribən 18,8 faiz və ya 28,2 milyon dollar, həcm baxımından isə 40,6 faiz və ya 89,7 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 11 ayı ərzində ölkədən ümumilikdə 13,3 milyard dollar dəyərində 21,5 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İndoneziya 13-cü yerdə qərarlaşıb və ixrac həcminin 1,44 faizi bu ölkənin payına düşüb.

Seçilən
9
5
fins.az

10Mənbələr