AZ

İlham Əliyevdən Azərbaycan Biznesinin İnkişafı Fondu ilə bağlı FƏRMAN

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Fərmanla "Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi" və "Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilib.
Sənədə əsasən, ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər üzrə 189 751 707 manat həcmində qalıq aktivlər Sahibkarlığın İnkişaf Fondunun nizamnamə fondundan silinir və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilir.
Seçilən
16
7
oxu.az

7Mənbələr