AZ

İran vətəndaşlarına səsləndi: Suriyaya səfərdən çəkinin!

İran Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Suriyaya səfərdən çəkinməyi tövsiyə edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“Biz soydaşlarımıza son hadisələri, eləcə də bu ölkədə yaranmış qeyri-sabit və qeyri-müəyyən vəziyyəti nəzərə alaraq Suriyaya səfərdən çəkinməyi tövsiyə edirik”, - deyə Baqai qeyd edib.

Xatırladaq ki, dekabrın 8-də müxalifət nümayəndələri efirdə Suriyanın onların nəzarətinə keçdiyini bəyan ediblər. Bundan sonra Əsəd istefa verib, ölkəni tərk edərək Rusiyaya sığınıb.

Seçilən
19
publika.az

1Mənbələr