AZ

Makronu belə təhqir etdilər - VİDEO

Fransanın Mayotta adasının sakinləri prezident Emmanuel Makronu təhqirlərlə qarşılayıblar. 

Söz.az "Ruptly"-nin "Telegram" kanalına istinadən xəbər verir ki, siyasətçi insanların reaksiyasından qəzəblənib.

Sakinlər Makronu təhqir edib, fit çalıb qışqırıblar. 

“Fransa olmasaydı, sizin probleminiz 10 min dəfə çox olardı! Hind okeanında insanlara bu cür kömək edən başqa yer yoxdur”, - deyə Makron bildirib. 

O, əlavə edib ki, Mayotta xalqı Fransada xoşbəxt olmalı və çətin vaxtlara baxmayaraq, ona hörmət göstərməlidir.


Seçilən
33
soz.az

1Mənbələr