AZ

Sonsuzluğa və xərçəngə səbəb olur: İçdiyiniz su ilə belə diqqətli olun...

Alimlər tənəffüs etdiyimiz hava, içdiyimiz su və yediyimiz qida ilə orqanizmə daxil olan mikroplastiklərin kolon və ağciyər xərçənginə, həmçinin reproduktiv pozğunluqlara səbəb ola biləcəyini müəyyən edib.

Doktorm.az xəbər verir ki, “Environmental Science & Technology” jurnalında dərc olunan araşdırma çərçivəsində elm adamları mikroplastiklərin həzm, tənəffüs və reproduktiv sistemlərə necə zərər verə biləcəyini öyrənmək üçün siçanlar və insanlar üzərində aparılan 1815 araşdırmanı tədqiq edib.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Gündəlik həyatın böyük bir hissəsində plastik istifadəsi səbəbiylə insanların bilmədən hava, su və qida yolu ilə bir çox mikroplastikaya məruz qaldığını vurğulayan elm adamları, mikroplastiklərin ağciyər və kolon xərçəngi ilə yanaşı bəzi reproduktiv problemlərlə əlaqəli olduğuna dair dəlillər tapıblar.

Elm adamları 55 yaşdan kiçik yetkinlərdə 10 il əvvələ nisbətən təxminən 2 dəfə çox olan kolon xərçənginə tutulma nisbətinin artmasının və tütün məmulatlarından istifadə etməyən insanlarda ağciyər xərçəngi diaqnozunun artmasına səbəb ola biləcəyini ifadə edib.

İcmalda yer alan araşdırmaların əksəriyyətinin laboratoriya mühitində tez-tez istifadə edilən bir mikroplastik növü ilə bağlı olduğunu bildirən elm adamları, mikroplastiklərin bir çox fərqli formada olduğuna diqqət çəkib.

Tədqiqatçılar bildiriblər ki, insan sağlamlığına təsirini dəqiq müəyyən etmək üçün uzun müddət lazımdır./ajans.az

Seçilən
25
1
Doktorm.az

8Mənbələr