ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür.
Senzor.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ səfirliyinə cavabında belə deyilir.
O qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.
"Görünür, ABŞ-ınindiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır", - A.Hacızadə əlavə edib.