Ağdamda baş verən qəzada piyada həyatını itirib.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun İmamqulubəyli qəsəbəsi ərazisində baş verib.
Rayon sakini Abdullayev Gündüz Şahin oğlu idarə etdiyi "Opel" markalı minik maşını ilə piyadanı vurub.
Hədisə piyadanın ölümü ilə nəticələnib.
Ölən şəxsin sərxoş olduğu iddia edilir.
Faktla bağlı araşdırma aparılır.