AZ

Dünyanın qəlbinə sancılan Azərbaycan BAYRAĞI!

Azərbaycanın, xalqın inkişafına həsr edilən ömrün sahibi Prezident İlham Əliyevin 21 illik Prezidentlik fəaliyyətində dövlətimizin daha da güclü, regionda söz sahibi olan dövlətə çevrilməsinin şahidi olduq. 21 il zaman kəsiyi bizim üçün çətin görünə bilərdi. 2003-cü ildə Prezident seçilən bir lider, eyni zamanda dahi şəxsiyyət Heydər Əliyevin oğlu və Heydər Əliyev məktəbinin yetirməsi olan Prezident İlham Əliyev üçün bu yol çətin yox, əsl siyasi iradəyə malik, uzaqgörən liderin səbrlə, uğurla gedəcəyi bir yol idi. Xalqın sevgisi və birliyi ilə addımlanan bu yol bizi Qələbəyə çatdırdı.

Hər il inkişaf edən Azərbaycanın bu gücü qoruması asan deyil. Bunun üçün bir çox məhrumiyyətləri gözə almaq lazım idi. Sağlamlığını xalqın, gələcək nəsillərin inkişafı üçün fəda etmək, yuxusuz gecələr, dünya ilə mübarizə, mübarizədən usanmadan çalışmaq, çoxlarının ağlına belə gətirmədiyi qalibiyyəti xalqına yaşatmaq. İlham Əliyev tarix yazdı. Əbədi olaraq hər kəsin qürurla xatırlayacağı bir tarix. Əsrlər boyu işğala məruz qalan Azərbaycan bu dəfə sərhədlərini tam bərpa etdi. Biz hər zaman torpaqlarımızı azad etmək arzusu ilə yaşamışıq. Acı məğlubiyyətlər yaşadığımız ilk andan belə. Amma bu sözlə əldə ediləcək bir qələbə deyildi.

GƏLƏCƏK QƏLƏBƏNİN ƏSASI: ATƏŞKƏS VƏ İQTİSADİ GÜC

Ümummilli Lider Heydər Əliyevin Ermənistanla atəşkəs əldə etməsi gələcək QƏLƏBƏNİN əsası idi. Azərbaycanın güclü iqtisadiyyata sahib olması ilk vacib amil idi. Bunun üçün ölkəyə sabitlik lazım idi. Xarici sərmayədarlar yalnız etibarlı, sabit, təhlükəsiz bir ölkəyə sərmayə yatıra bilərdi. Güclü iqtisadiyyat güclü ordu, güclü təhsil, qüdrətli dövlət demək idi. Zaman lazım idi. Heydər Əliyev qısa zamanda bir çox vacib addımları atdı və Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyev - FOTOLARDA
Welcome to Heydar Aliyevs Heritage Research Center
Nə xoş Azərbaycan xalqının halına ki, bu siyasətii davam etdirən bir lider, İlham Heydər oğlu Əliyev var idi. Məhz o bu siyasəti uğurla və qətiyyətlə davam etdirə, Azərbaycanı inkişafa apara bilərdi. Ölkənin gücü, qüdrəti sarsıla bilməzdi. Xalq seçimini etdi. 2003-cü ildə İlham Əliyevi Prezident seçdi. İlham Əliyevə olan inam və etibarını ifadə edən Heydər Əliyevin bu fikirləri hamı üçün işıq oldu. “Mən ona özüm qədər inanıram”! 2003 cü il seçkilər

Xalq da Prezidentinə inanırdı. Çünki hələ bu dönəmə qədər İlham Əliyevin Dövlət Neft Şirkətində, Milli Məclisdə, Olimpiya Komitəsində, Avropa Şurası Parlament Assambleyasında, Yeni Azərbaycan Partiyasında, Baş Nazir olaraq fəaliyyəti zamanı onun xalqa yaxın olması, vətəninə sevgi ilə yanaşması hər kəsə bəlli idi. O sevilirdi. İlham Əliyevin Prezident seçkilərində iştirakı zamanı xalqın ona qarşı olan sevgisini görmək kifayət edirdi.

DÜNYANIN QƏLBİNƏ SANCILAN AZƏRBAYCAN BAYRAĞI:

Prezident seçildikdən sonra dövlət başçısının ilk sərəncamları xaricdə daha çox sayda diplomatik korpusların açılması ilə bağlı oldu. Bu addım Azərbaycanın siyasi gücünün formalaşmasında, lobbiçilik fəaliyyətində mühül rol oynadı. Bu Cənab Prezidentin uzaqgörən siyasətinin uğurlu strategiyası idi.

Az vaxt keçmədi ki, daim haqsızlıqla üzləşən Azərbaycanın haqq səsi mühüm əhəmiyyətli təşkilatların toplantılarında, görüşlərdə, mötəbər tribunalarda səslənməyə başladı. Hətta Amerika Birləşmiş Ştatlarının uzun illər ermənilər yaşayan və az qala erməniləşən Kaliforniya Ştatının Los-Angeles şəhərində Azərbaycan konsulluğunun açılması deyərdim ki, tarixi hadisədir. Konsulluğun yerləşdiyi binanın sahibi belə erməni idi. Amma o binada AZƏRBAYCAN BAYRAĞI dalğalanırdı. Biz artıq o gün erməni separatizminin başına “DƏMİR YUMRUQ” dəydiyinin şahidi olmuşduq. Çoxu bunu bilməyə, duymaya bilərdi.

Amma İlham Əliyev tarix yazırdı. Dahi şəxsiyyətin səbri və uzaqgörənliyi bizi QƏLƏBƏYƏ aparırdı.

21 İL ÖNCƏ BAŞ TUTAN QALİBİYYƏT YÜRÜŞÜ

Dövlət başçısının xaricdə səfirlik və konsulluq saylarının artırılması, diaspor fəaliyyətinin gücləndirilməsi qərarı və bu qərarın sürətlə icrası Azərbaycanın Qalibiyyət sancağının dünyanın qəlbinə batırılması demək idi.

İlham Əliyev Şuşaya, Xankəndiyə, Laçına, Cəbrayıla, Qubadlıya Azərbaycan Bayrağını sancmazdan öncə Müzəffər Ali Baş Komandan bu BAYRAĞI dünyanın qəlbinə sancaraq dalğalandırmağa başlamışdı.

21 il öncədən Azərbaycan İlham Əliyevin sərkərdəliyi ilə böyük bir qalibiyyət yürüşündə idi. Qələbə ilə addımlayırdı. Çünki bu problem QLOBAL həll tələb edirdi. Yalnız elə Azərbaycan daxilində olan bir neçə min kvadrat kilometrdən ibarət ərazinin azad edilməsindən ibarət deyildi bu problemin həlli....

Prezident İlham Azərbaycan xalqının arzularını gerçəkləşdirdi. Şəhidlərin qisasını aldı. Bizə tarixi qələbə yaşadan Prezident İlham Əliyev Xocalıda səsi ərşə qalxan, ah-naləsi illərdi qulaqlarımızda cingildəyə ana-bacılarımızın, körpələrimizin, bətni yarılan hamilə qadınlarımızın, dərisi soyulan nənə-babalarımızın, övladının gözləri qarşısında başı kəsilən valideylərin, divara mismarlanan körpələ qızcığazın, hələ də naməlum qalan şəhidlərin, itkin düşən vətən övladlarının qisasını aldı.

Bu addım səbr, müdriklik tələb edirdi. Bu addım güclənən orduya sağlam düzgün strateji plan tələb edirdi. Bu addım illərdir yetişən hərbi potensial və yetişən təcrübəli kadrlarla az itki ilə qələbə tələb edirdi.

Bu addım birmənalı olaraq Prezident İlham Əliyevin siyasi, iqtisadi, hərbi sahədə qətiyyəti və gücü ilə reallaşdı.

Seçilən
22
Ajans.az

1Mənbələr