Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov intihar edib.
Modern.az xəbər verir ki, o, Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında həyatına son verib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov son bir neçə gündə özünü narahat hiss edirmiş.
Meyit müayinə üçün morqa aparılıb. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.
Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı.
Faktla bağlı araşdırma aparılır.