AZ

Türkiyənin Mersin limanı 3 mindən çox gəmi qəbul edib

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Mersin limanı ümumilikdə 3 min 820 gəmi qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu dövr ərzində Mersin limanı Türkiyə bayrağı altında üzən 621, digər ölkələrin bayraqları altında üzən 3 min 199 gəmi qəbul edib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara daşınan yüklərin həcmi 2 milyon 436 min 123 ton təşkil edib.
Nazirlikdən bildirilib ki, digər ölkələrin bayraqları altında Türkiyə limanlarına gətirilən yüklərin həcmi 30 milyon 33 min 971 ton olub.

Eyni zamanda, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib.

Bu dövrdə Türkiyə bayrağı altında gəmilərlə daşınan yüklərin ümumi həcmi 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında gəmilərlə daşınan yüklərin həcmi isə 336 milyon 353 min 21 ton təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından ümumilikdə 63 milyon 524 min 718 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 min 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 56 min 86 gəmi qəbul edib.

Nazirlikdən bildirilib ki, bu müddətdə Türkiyə limanlarında qəbul edilən digər ölkələrin bayraqları altında üzən gəmilərin sayı 36 min 550, Türkiyə bayrağı altında üzən gəmilərin sayı isə 19 min 536 olub.

Seçilən
10
49
fins.az

10Mənbələr