AZ

Qadın bankda fişəng atdı, saxlanıldı

Rusiyada atəşfəşanlıqla bank əmlakına ziyan vurmaqda şübhəli bilinən qadını saxlanılıb.

Söz.az "vesti.ru"-ya istinadən xəbər verir ki, hadisə Vladivotokda baş verib. 

Polis şöbəsinə naməlum şəxsin bankın giriş hissəsində atəşfəşanlıq edib və sonra yoxa çıxması barədə məlumat daxil olub.

Həmin şəxsin kimliyi qısa zamanda müəyyən edilib. Bu, 50 yaşlı yerli sakin olub. 

Qadın saxlanılıb.

Saxlanılan şəxsin dediyinə görə, o, özlərini Rosfinmonitorinq mütəxəssisləri kimi təqdim edən fırıldaqçıların qurbanı olub. 

Fırıldaqçılar qadını 2,5 milyon rubl itirdiyinə görə bank işçilərini saxlamaq üçün xüsusi əməliyyatda iştirak etməyə inandırıblar. 

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "xuliqanlıq niyyəti ilə, yandırma yolu ilə başqasının əmlakının məhv edilməsi və ya zədələnməsi" maddəsi ilə cinayət işi başlanıb.


Seçilən
24
soz.az

1Mənbələr