AZ

Qaradağ rayonunda yanğın zamanı bir nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.

Xəbəri FHN mətbuat xidməti yayıb. 

Məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli, istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış 1989-cu il təvəllüdlü vətəndaş Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
8
1
xalqqazeti.az

10Mənbələr