AZ

Suriyada yaraqlılar yolka ağacını yandırıblar

Suriyanın Həma əyalətinin Es-Sukeylabiya şəhərinin mərkəzində ucaldılan yolka ağacı naməlum maskalı silahlı şəxslər tərəfindən yandırılıb.

Herbiand.az bildirir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, döyüşçülər silahla yerli sakinləri hədələyərək yanğını söndürməyə imkan verməyiblər və ağac yandıqdan sonra meydanı tərk ediblər.

Daha sonra şəhər administrasiyası yanğını həyata keçirən döyüşçüləri həbs etdiyini açıqlayıb və onlara ən ağır cəzanın veriləcəyini vəd ediblər. Hüquq-mühafizə orqanlarındakı mənbələr telekanala bildiriblər ki, yolka ağacını Çeçenistandan olan və silahlı birləşmələrdən birinin tərkibində döyüşən muzdlular yandırıblar.

Bu, artıq keçid hökumətinin dekabrın 8-də hakimiyyətə gəlişindən sonra Suriyanın xristian əhalisinə qarşı ikinci təxribatçı hücumdur. Bundan əvvəl Hama şəhərində (Dəməşqdən 220 km aralıda) Antioxiya Pravoslav Kilsəsinin metropol binasında soyğun olub.

Es-Sukeylabiya şəhərinin sakinləri yolkanın yandırılmasını pisləmək üçün etiraz aksiyası keçiriblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
2
herbiand.az

7Mənbələr