Ermənilər Xalq artisti Brilliant Dadaşovanın Yeni il mahnısını oğurlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında bəstənin müəllifi Gülər Həsənli deyib.
O bildirib ki, sözləri Baba Vəziroğluna aid olan mahnı 1998-ci ildə yazılıb.
Mahnını Tiqran Asatryan 2021-ci ildə oxuyub və ona klip çəkdirib. O, mahnının müəllifi kimi Levon Abrahamyanı göstərib.
G.Həsənli bildirib ki, müəllif hüquqlarını qorumaq üçün bəzi qrumlara müraciət etməyi planlaşdırır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta