Rusların sevimli Yeni il yeməyi olan xolodets (jele ət) dünyanın yüz ən pis yeməyi sırasına daxil edilib. Qastronomik antireytinqdə hansı yeməklər birinci yeri tutub?
“TasteAtlas” beynəlxalq onlayn qastro-bələdçisi dünyanın 100 ən pis yeməklərinin siyahısını təqdim etdi, o cümlədən ənənəvi rus Yeni il yeməyi - xolodets.
“TasteAtlas” Braziliya steyk (qızartmaq üçün ət) “Coxão duro”, Skandinaviya qanlı köftə “Blodpalt” və İslandiya mayalanmış köpəkbalığı əti “Hákarl”-ı dünyanın ən pis yeməkləri siyahısında birinci yerə qoyub.
Özbəkistan və Qırğızıstanda məşhur olan pomidor və soğandan hazırlanan sadə “şəkərob” salatı 42-ci yeri tutub. Siyahıda türk bişmiş (pörtülmüş) kələmi də var.
Xolodets reytinqdə 64-cü yeri tutub. Dondurulmuş ağ balıqdan yakut salatı “İndigirka” 73-cü yerdə qərarlaşıb. Ən pis yeməklər reytinqində iki erməni yeməyi 79 və 84-cü yerdədir.
Yüzü tamamlayan ördək qanı və əriştə ilə Çin şorbasıdır.
“TasteAtlas”-orijinal reseptlər, yemək tənqidçilərinin rəyləri və məşhur inqrediyentlər və yeməklər haqqında araşdırma məqalələrindən ibarət onlayn qida turizmi bələdçisidir.
Almaz Həsənli