AZ

Pişiyə daha çox diqqət göstərən ərini məhkəməyə verdi

Hindistanın Bengaluru şəhərində qadın ondan daha çox pişiyinə qayğı və diqqət göstərən ərini məhkəməyə verib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qadın ərinin ondan çox ev pişiyinə diqqət yetirməsindən şikayətlənib. 

O, iddia edib ki, əri ilə hər dəfə bu mövzunu müzakirə etmək istəyəndə mübahisə etməyə başlayırlar və əri onu təhqir edir.

Qeyri-adi ərizəyə baxan məhkəmə kişiyə qarşı istintaqı dayandırıb və qadını belə mənasız şikayətə görə cərimələyib. Bildirilib ki, bu cür ərizələr Hindistan ədliyyə sisteminin fəaliyyətinə mane olur. 

Seymur Əli

Seçilən
14
4
unikal.az

5Mənbələr