Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.
KONKRET.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
“8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”, – məlumatda qeyd olunub.
***
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
KONKRET.az bildirir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, onlar tortdan zəhərlənib. /APA