AZ

Azər Zahidlə bağlı ilginc fakt - Saxlanılmazdan əvvəl polis ona bu xəbərdarlığı edibmiş

“TikTok” sosial şəbəkəsində əxlaqsızlığı təbliğ edən şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri davam edir.

Azər İsmayılovun təşkil etdiyi əyləncə yarışında iştirak edən şəxslərin saxlanılmasından sonra bir neçə tiktoker də saxlanılıb. Onlar da öz hesablarında cəmiyyətdə birmənalı qarşılanmayan müxtəlif hərəkətlər edərək baxış sayları ilə diqqət mərkəzinə düşməyə çalışırdılar. Artıq bu kimi əməlləri törədən bir neçə sosial şəbəkə istifadəçiləri hesablarını bağlayıb.

Xatırladaq ki, vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində ötən gün “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri- Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir və başqa saxlanılanların da olduğu bildirilir.

Əldə edilən məlumata görə Azər İsmayılov bu cür yarışları daha əvvəl də Binəqədi rayonu, 7-ci mikrorayon, S. S. Axundov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzilində təşkil edirmiş. Daha əvvəl də “Təkərdə şou” adı altında bu cür yarışmalar təşkil edən Azər İsmayılovla bina sakinləri arasında bir neçə dəfə mübahisələr yaranıb. Onun bu cür hərəkətlərindən çoxsaylı şikayətlər olub. A.İsmayılova polis əməkdaşları tərəfindən bir neçə dəfə də xəbərdarlıq edilib. Amma bu xəbərdarlıqlara məhəl qoymayıb. / musavat.com

Seçilən
21
28
show.az

10Mənbələr