AZ

Türkiyənin sabiq səfiri: İlham Əliyevin siyasəti bütün Türk dünyasının qürur mənbəyidir

Ankara, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan tarixinə Qələbə və ədalətin təntənəsi səhifəsini yazan liderdir. Azərbaycan liderinin siyasəti bütün Türk dünyasının qürur mənbəyidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç səsləndirib.

O, Azərbaycan liderini dünya siyasətində xüsusi şərəfli yer tutan dövlət xadimi kimi səciyyələndirib.

“Prezident İlham Əliyev ölkəsinin hüdudlarından uzaqlarda da hörmət qazanan xarizmatik liderdir. O, tarixin ən kritik anlarında tez və düşünülmüş qərarlar qəbul etmək iqtidarındadır. İlham Əliyev həm bacarıqlı diplomat, həm də öz xalqını düşünən idarəçidir”, - deyə X.Kılıç qeyd edib.

Onun sözlərinə görə, hadisələrin neqativ gedişatını dayandırmaq, prosesləri öz xalqının xeyrinə dəyişmək iqtidarında olan siyasətçilər çox azdır. “Heç kimə sirr deyil ki, Azərbaycan bir çox böyük dövlətlərin maraqlarının kəsişdiyi və müxtəlif ssenarilərin həyata keçirilməsi cəhdlərinin tez-tez baş verdiyi mürəkkəb regionda yerləşir. Buna görə də Azərbaycanın rəhbərliyində İlham Əliyevin olması böyük xoşbəxtlikdir. O, öz dövlətinin mənafeyini qorumağa, doğma ölkəsinin düşmənlərinin planlarını məhv etməyə qadir olan siyasi xadimdir”, - deyə H.Kılıç bildirib.

“İMZA” İctimai Birliyinin nümayəndəsi qeyd edib ki, zəngin siyasi təcrübə, strateji baxış, geniş dünyagörüşü və yüksək təhsil səviyyəsi Prezident İlham Əliyevə xalq və ölkənin gələcəyi naminə problemləri qabaqcadan görüb operativ həll etməyə imkan verir.

Ekspert Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi son müsahibəyə diqqət çəkib. Qeyd edib ki, bu müsahibədə dövlət başçısı regionda və dünyada vəziyyətin aydın mənzərəsini təqdim edərək, Bakının uzunmüddətli sülhə hazır olduğunu nümayiş etdirib.

H.Kılıç vurğulayıb ki, İlham Əliyevin səyləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inteqrasiyasına, eləcə də Türkiyə ilə Azərbaycan arasında gələcək əməkdaşlığa töhfə verir.

O, əmin olduğunu bildirib ki, Azərbaycan xalqının gələcək nəsilləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərilmiş şücaət və qəhrəmanlıq tarixini böyük iftixar hissi ilə öyrənəcəklər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
16
4
azertag.az

5Mənbələr