AZ

Suriyada Milad rəsmi bayram elan edildi

Suriyanın keçid hökuməti xristian Milad bayramını dövlət bayramı kimi təyin edib və hökumət idarələrinin dekabrın 25-26-da bağlı olacağını açıqlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki. əksəriyyət bu qərara sevinsə də, ona qarşı çıxanlar da olub. Bir qrup silahlı və maskalı şəxs xristian əhalisinin çoxluq təşkil etdiyi Əl-Suqaylabiya şəhərinin meydanında yolkaya od vurub.

Müvəqqəti hökumətdən verilən açıqlamada yanğına görə "xarici döyüşçülərin" məsuliyyət daşıdığı, bu şəxslərin saxlanıldığı və ağacın tez bir zamanda təmir ediləcəyi bildirilib. Hadisədən sonra minlərlə nümayişçi ölkə boyu küçələrə çıxaraq ölkənin yeni administrasiyasından dini azlıqları müdafiə etməyi xahiş edib.

Seçilən
29
47
unikal.az

10Mənbələr