Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyi İrana ölkənin daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN başçısı Əsəd Həsən əl-Şibani “X” hesabında yazıb.
“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz onlara xəbərdarlıq edirik ki, Suriyada xaos yaymasınlar və bəyanatlarının nəticələrinə görə məsuliyyət daşısınlar”.