AZ

Argentinada 5,8 maqnitudalı zəlzələ baş verib

Argentinanın şimal-qərbindəki Katamarka əyalətində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 14,5 minə yaxın insanın yaşadığı Tinoqasta şəhərindən 46 km cənub-şərqdə, zəlzələ ocağı 131 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Seçilən
2
10
far.az

10Mənbələr