AZ

Günəşdə güclü partlayışlar baş verib

Bakı. Trend:

Günəşdə M sinfinə aid beş partlayış qeydə alınıb.

Trend xəbər verir ki, bubarədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumatverilib.

Bildirilib ki, gün ərzində ilk və ən güclü partlayış çərşənbəaxşamına keçən gecə baş verib.

"Dekabrın 24-də Bakı vaxtı ilə 04:19-da 3932 (S18E23) günəşləkələri qrupunda rentgen diapazonunda on dəqiqə davam edən M4.7partlayış qeydə alınıb", - məlumatda deyilir.

Bundan əlavə, M1.0, M4.2 və iki M1.1 partlayışı da başverib.

Qeyd edək ki, Günəş partlayışlarının gücü A, B, C, M və Xsiniflərinə bölünür. Hazırda onların tezliyi və intensivliyi artır,çünki Günəş öz aktivliyinin zirvəsinə yaxınlaşır. Proqnozlaraəsasən, aktivliyin maksimum həddi gələn ilin yaz-yay mövsümündə başverəcək.

Seçilən
24
2
az.trend.az

3Mənbələr