ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə İsrailə, eləcə də İordan çayının qərb sahilinə səfər edəcək.
Editor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mesajında deyilir.
Dövlət Departamenti qeyd edir ki, İsraildə və İordan çayının qərb sahilində Blinken İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququnu, həmçinin girovların azad edilməsi, İsrailin Qəzzada keçirdiyi əməliyyatlar zamanı mülki insanların həyatını qorumaq və humanitar yardımı sürətləndirmək üçün gələcək səyləri müzakirə edəcək.
Hesabatda deyilir ki, o, gələcək Fələstin dövlətinin yaradılması prinsiplərini və münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini də müzakirə edəcək. Ümumilikdə Blinken noyabrın 27-dən dekabrın 2-dək İsrail və İordan çayının qərb sahilindən başqa, Belçika, Şimali Makedoniya və BƏƏ-yə də səfər edəcək.
//Samir Qurbanov, Editor.az