AZ

Peşə məktəbində zəhərlənənlərin vəziyyəti açıqlandı

Dekabrın 24-də Tovuzda peşə məktəbində zəhərlənənlərdən 5 nəfər ambulator müalicə almaq üçün evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

3 nəfərin isə müalicəsi yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.

Xatırladaq ki, dünən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində kütləvi zəhərlənmə qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onlar tortdan zəhərləniblər.

Seçilən
22
7
yenigundem.az

10Mənbələr