AZ

Bayden Rusiyanın enerji sektorunu hədəfə alır – “Trampa əhəmiyyətli miras qoyacaq...”

ABŞ Prezidenti Co Bayden səlahiyyətlərinin son həftələrində Rusiyanın enerji sektoruna qarşı yeni böyük sanksiyaları müzakirə edir. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti dörd məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məqsəd Rusiya neftini Qərbin sanksiya siyasətləri ilə bağlı olmayan ölkələrə daşıyan beynəlxalq gəmilərin “kölgə donanması” adlanan hissəsinə zərbə endirməkdir. Qarşıdan gələn sanksiyaların digər məqsədi hələ də sanksiyalardan təsirlənməyən Rusiya neft ixracatçılarına təzyiq göstərməkdir. Mənbələr nəşrə bildiriblər ki, söhbət banklara Rusiya enerji əməliyyatlarını həyata keçirməyə icazə verən lisenziyanın ləğvindən gedir.

“Washington Post” yazır ki, sanksiyalar nəzərdə tutulduğu kimi işləsə, Bayden administrasiyası inauqurasiya gününə qədər yeni seçilmiş prezident Trampa əhəmiyyətli bir miras qoyacaq.

Nəşr qeyd edir ki, prezidentlikdən getməzdən əvvəl Rusiyaya qarşı daha bir böyük addım Baydenin 2022-ci ildə Ukraynanın işğalına qətiyyətli cavab vermək üçün Qərb müttəfiqlərini toplaması olacaq.

“AzPolitika.info”

Seçilən
21
azpolitika.info

1Mənbələr