2012-ci il dekabrın 25-də, düz 12 il əvvəl Qazaxıstanda təyyarə qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu xatırlatma internet portallarında yer alıb.
Qeyd edilib ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə məxsus An-72 təyyarəsi Çimkənd yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 27 nəfər olub, hamısı həlak olub.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta