AZ

Təyyarə qəzası ilə bağlı İDDİA - Oksigen balonu PARTLAYIB

Qazaxıstanda qəzaya uğrayan təyyarənin gövdəsində oksigen balonunun partladığı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə hadisənin şahidləri "Orda" nəşrinə bildirib.

Bildirilib ki, partlayış nəticəsində sərnişinlər şüurunu itirməyə başlayıblar.

Bundan əvvəl isə təyyarənin mühərrikinə quş girdiyi iddia olunur. Bu iki faktorun qəzaya səbəb olduğu ehtimal edilir.

Hadisə ilə bağlı rəsmi araşdırma davam edir.

Musavat.com

Seçilən
46
3
musavat.com

4Mənbələr