AZ

Azərbaycan futbolunu da sarsıdan qəza

style='margin-bottom:10px;'>

Azərbaycanın futbol qurumları və klubları “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərin yaxınlığında qəzaya uğraması ilə əlaqədar paylaşımlar ediblər.

QOL.az xəbər verir ki, AFFA-nın sosial media hesabındakı paylaşımında bildirilib:

"AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirmiş insanların ailələrinə başsağlığı verir, yaralananlara isə şəfa diləyirik!"

Peşəkar Futbol Liqası da paylaşımlar edərək təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

Bundan başqa, Misli Premyer Liqasında mübarizə aparan klublar - "Qarabağ", "Araz Naxçıvan", "Turan Tovuz", "Zirə", "Sabah", "Sumqayıt", "Şamaxı", "Neftçi", "Kəpəz" və "Səbail" də sosial media hesablarından qəza ilə bağlı paylaşımlar ediblər.

QOL.az saytı da qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, yaralanmış şəxslərin tezliklə şəfa tapmasını arzulayır.

Seçilən
20
27
teleqraf.com

10Mənbələr