AZ

“Prezident xalqımızın rahat təminatını diqqətdə saxlayır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Heç şübhəsiz ki, Prezidentin məlum sərəncamı hər zaman olduğu kimi Prezidentin vətəndaşlara qayğı və diqqətinin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Ağasif Şakiroğlu sözlərinə belə davam edib: “Ölkə başçısı olaraq Prezident İlham Əliyev bu sərəncamla həm də digər məmurlara bir priotitet, nümunə və istiqamət vermiş oldu: “Dövlətimizin bir nömrəli hədəflədiyi xətt xalqımızın yüksək yaşayışını təmin etmək olmalıdır!” mesajı idi.

Prezident İlham Əliyev demək olar ki, hər il vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması və inkişaf etməsi üçün müxtəlif sərəncamlar, proqramlar imzalayır. Hər zaman vətəndaşımızın yüksək yaşayışını, rahat təminatını diqqətdə saxlayır. Hesab edirəm ki, yeni imzalanmış sərəncam da vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.

Mütləqdir ki, İqtisadiyyat Nazirliyi ərzaq bazarında qiymətlərə nəzarət etsin. Bu artımlardan faydalanmaq istəyən bəzi fürsətcil iş adamlarına süni qiymət artımlarına getməsinə imkan verməsin. Çünki hörmətli Prezidentimizin imzaladığı və vətəndaşlarımızın sosial təminatının yüksəldilməsi istiqamətində atılmış qətiyyətli addımlara kölgə salmaq istəyən daxili və xarici düşmənlər çox zaman iş başında olur”.

Ayşən Vəli

Seçilən
8
sia.az

1Mənbələr