AZ

Bakıda ticarət dövriyyəsinin həcmi 5%artıb

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 5% artaraq 31 milyard 599 milyon manat olub.

Bu barədə Fins.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17936,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz artaraq 13662,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb. Beləliklə hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin 58.7%-i Bakı şəhərinin payına düşüb.

Fuad Mədətov
Fins.az

Seçilən
9
8
fins.az

10Mənbələr