AZ

"Azərbaycandan bir neçə təklif almışam" - Rusiya klubundan ayrılan serbiyalı

"Zirə"nin sabiq futbolçusu, Rusiyanın "Ximki" klubu bu gün vidalaşan Nemanya Andelkoviç bu qış Azərbaycana qayıdıb-qayıtmayacağını açıqlayıb.

27 yaşlı müdafiəçi Fanat.Az-a danışıb:

"Artıq "Ximki" ilə vidalaşmışam. Açığı, Azərbaycandan bir neçə təklif almışam. Yəni oraya qayıtmaq variantlarım var idi. Amma dəyərləndirmək istəmədim". 

Xatırladaq ki, Andelkoviç "Ximki"nin çalışdırıcısı Frank Artiqanın qərarı ilə komandadan göndərilib. Serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

Nihat

Seçilən
8
fanat.az

1Mənbələr