AZ

Xəzinədarlıq hesabları Xankəndi və Ağdərəni də əhatə edib

Dövlət xəzinədarlıq orqanlarında vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri yenilənib.

Bu barədə Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xankəndi şəhəri və Ağdərə rayonu üzrə xəzinə hesab kitablarının açılması barədə məktubuna əsasən, “Büdcə rekvizitləri barədə məlumatlın verilməsi” xidmətində “Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar” üzrə mövcud məlumatlar yenilənib.

Dövlət xəzinədarlıq orqanlarında vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitlərinə Xankəndi və Ağdərə yerli xəzinədarlıq orqanlarının hesabları əlavə edilib.

Yenilənmiş rekvizitlər barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Seçilən
10
9
fins.az

10Mənbələr