AZ

La Liqa təmsilçisi klub tarixinin ən yaxşı bombardiri ilə müqavilə müddətini uzadıb

İspaniya La Liqasında mübarizə aparan "Selta" klub tarixinin ən yaxşı bombardiri Yaqo Aspasla müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, 37 yaşlı hücumçu Viqo təmsilçisi ilə 2026-cı ilin yayına qədər anlaşıb.

Qeyd edək ki, Y.Aspas "Selta"nın heyətində ümumilikdə 509 matçda 210 qol vurub. Cari mövsüm isə 16 oyunda rəqib qapılarından 6 qol keçirib.

Seçilən
25
1
far.az

2Mənbələr