Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub.
Viral.az “Report”a istinadən xəbər verir ki, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.
Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.
Son Yazılar:
- Qəzaya uğrayan təyyarənin azərbaycanlı sərnişinlərindən birinin taleyi naməlum olaraq qalır
- Aİ-nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə sözçüsü Azərbaycan xalqına başsağlığı verdi
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək
Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.