AZ

Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Manqistau vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 20 xəstə müşahidə altındadır, onlardan altısı reanimasiyadadır.

O indi xəstəxanadadır.

Qeyd edək ki, ötən gün baş verən təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb və orada bir qadının şəxsiyyətinin müəyyən edilmədiyi göstərilib.

Seçilən
9
16
valyuta.az

10Mənbələr