AZ

Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskvada Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı sui-qəsd cəhdlərinin qarşısını alıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzindən bildirilib.
Qeyd edilir ki, sui-qəsdlərin hazırlanması ilə Ukraynanın xüsusi xidmət orqanları məşğul olub.
"Həyata keçirilən tədbirlər nəticəsində göstərilən sui-qəsdlərin hazırlanmasında iştirak edən Rusiya vətəndaşı olan dörd nəfər saxlanılıb", - deyə məlumatda əlavə edilib.
FTX-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının agentləri Moskvada hərbiçilərin qətli üçün poverbank və sənəd qovluğu şəklində maskalanmış bombalardan istifadə etməyi planlaşdırıblar.
Xatırladaq ki, dekabrın ortalarında Moskvada Rusiya ordusunun Nüvə, Kimyəvi və Bioloji Silahlardan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpova qarşı sui-qəsd həyata keçirilib.
Seçilən
29
50
oxu.az

10Mənbələr