Bakı. Trend:
Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın nəşi vətənə bugün gətiriləcək.
Trend xəbərverir ki, bunu junalistlərə açıqlamasında təyyarə qəzasında həlakolan Hökumənin xalası qızı Aysel Abdullayeva deyib.
O bildirib ki, bu barədə Hökümənin qardaşına məlumatveriblər.
"Bildiriblər ki, bu gün meyiti Qazaxıstandan gətirilərək,ailəsinə təhvil veriləcək. Son dəfə dünən səhər saatlarındaHöküməyə neçə dəfə zəng etdim, cavab vermədi", - deyə o qeydedib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.