AZ

NATO Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



NATO Qazaxıstanda "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
"Düşüncələrimiz və dualarımız Azərbaycan Hava Yollarının Bakı-Qroznı aviareysinin təyyarə qəzasındakı qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq", - deyə bu başsağlığı mətnində bildirilib.
Seçilən
13
oxu.az

1Mənbələr