AZ

Qırğızıstan Nazirlər Kabinetinin sədri Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

Bişkek. Trend:

Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek KasımaliyevAZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəriyaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Trend Nazirlər Kabinetinəistinadən xəbər verir ki, A.Kasımaliyev Azərbaycanın Bişkekdəkisəfirliyini ziyarət edərək qəza qurbanları ilə bağlı başsağlığıkitabına səmimi hüzn və Azərbaycan xalqına dərin həmrəylik ifadəedən qeydlər yazıb.

“Qırğızıstan Respublikasının Nazirlər Kabineti adından və şəxsənöz adımdan Azərbaycan vətəndaşlarının həlakı ilə bağlı dərin hüznləbaşsağlığı verirəm. Həlak olanların yaxınlarına və doğmalarınasəmimi başsağlığı diləyir, zərərçəkənlərin tezliklə sağalmasınıarzu edirəm”, – deyə Nazirlər Kabinetinin sədri qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Seçilən
22
18
az.trend.az

10Mənbələr