AZ

Aybek Moldoqaziyev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

Qırğızıstanın xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev öz və Qırğızıstan Xarici İşlər Nazirliyi adından AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Bu barədə Trend nazirliyə istinadən məlumat yayıb.

Bildirilir ki, nazir müavini Azərbaycanın Qırğızıstandakı səfirliyini ziyarət edib və qəza qurbanları ilə bağlı başsağlığı kitabına qeyd yazıb.

O, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verdiyini, zərərçəkənlərə isə tezliklə sağalmağı arzuladığını bildirib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Milli.Az

Seçilən
5
47
milli.az

10Mənbələr