AZ

Çin lideri: Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbərindən sarsıldım

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım.

Çin Hökuməti və xalqı adından həlak olanlara görə kədərimi ifadə edir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram".

Seçilən
15
5
apa.az

10Mənbələr