“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Prezident İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalislərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.
Məlumata görə, yeddi zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta