Bakı. Trend:
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 30-aqədər mütəxəssis, tibb heyəti Aktau şəhərinə göndərildi.
Trend xəbərverir ki, bu barədə bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundajurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımovbildirib.
O qeyd edib ki, bu gün 7 nəfər xəsarət alan şəxs Bakıyagətirildi.
"Gün ərzində ikinci təyyarə də gözlənilir, orada da 7 nəfər şəxsolacaq və xəstəxanaya yerləşdiriləcək. Hazırda biz müalicə vəmüayinəyə hazırıq. Gətirilən şəxslər arasında vəziyyətiorta-ağırlıqda olan şəxslər var. 3 nəfər ağır vəziyyət olan şəxsAktau şəhərindədir. Onların evakuasiyası məqsədəuyğun deyil. Bütünxəstələr "Yeni Klinika"ya göndəriləcək", - deyə nazir müavinibildirib.
Qeyd edək ki, daha öncə “Azərbaycan Hava Yolları” aviaşirkətininJ2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsindəyaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının HeydərƏliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkimbriqadası müşayiət edib.